Reklam cümləsi yox — konfiqurasiya. Hansı diskdə olduğunuzu, backup-ın harada saxlandığını və düşmə halında nə baş verdiyini bilmək haqqınızdır.
DİSKNVMe SSD, RAID-10. Ənənəvi SATA SSD-yə nisbətən oxu sürəti 5–7 dəfə yüksəkdir.
VEB SERVERLiteSpeed + LSCache. PHP 7.4-dən 8.4-ə qədər versiya seçimi paneldən.
BACKUPGündəlik avtomatik nüsxə, ayrı fiziki qurğuda, 14 gün saxlanır. Bərpanı özünüz edə bilərsiniz.
SSLLet's Encrypt pulsuz sertifikat, 90 gündən bir avtomatik yenilənir. Kommersiya SSL də quraşdırılır.
QORUMAŞəbəkə səviyyəsində DDoS filtri, tətbiq səviyyəsində WAF, brute-force bloklaması.
YERLƏŞMƏBakı və Frankfurt. Auditoriyanız Azərbaycandadırsa — Bakı, xaricdədirsə — Frankfurt.
DƏSTƏK24/7. Orta ilk cavab 12 dəqiqə. Telefon, e-poçt və panel üzərindən bilet.
MİQRASİYAKöhnə provayderdən köçürmə pulsuzdur. Sayt yeni serverdə açılana qədər köhnəsi işləyir.